Azərbaycan dili mərkəzdə
Dilimizin ifadə formalarını, terminologiyasını və yerli konteksti məhsul səviyyəsində nəzərə alan yanaşma.
Khazri yerli dil, mədəni kontekst və real biznes ehtiyacları üçün yaradılan böyük dil modeli ailəsidir. Məqsədimiz Azərbaycanın süni intellekt ekosistemində iştirakını gücləndirmək və xarici infrastruktura asılılığı azaltmaqdır.

Khazri sadəcə mətn yaradan model deyil. O, Azərbaycan dilində biliklə işləyən məhsullar, xidmətlər və tədqiqatlar üçün yerli texnoloji baza yaratmaq təşəbbüsüdür.
Dilimizin ifadə formalarını, terminologiyasını və yerli konteksti məhsul səviyyəsində nəzərə alan yanaşma.
Yerli tətbiqlərin xarici model və xidmətlərdən asılılığını azaltmağa yönəlmiş model ailəsi.
Khazri 2 ailəsində müasir attention və aktivasiya üsulları, həmçinin SYNAPSE arxitekturası istifadə olunur.
Flaqman Khazri 2-dən açıq mənbəli ilk nəsil Khazri 1-ə qədər hər model fərqli ehtiyaca cavab verir.
Flaqman · açıq çəkilər
Khazri ailəsinin hazırkı flaqmanı. Azərbaycan dilində daha mürəkkəb anlama və generasiya tapşırıqları üçün Hugging Face-də açıq yayımlanıb.
Davamını oxuKompakt · açıq çəkilər
Daha az hesablama resursu və aşağı gecikmə tələb edən tətbiqlər üçün Khazri 2 ailəsinin Hugging Face-də açıq yayımlanmış kompakt modeli.
Davamını oxuİlk nəsil · açıq mənbə
Ailənin ilk və ən məhdud imkanlı, GPT-2 əsaslı modeli. Azərbaycan dilində açıq tədqiqat və təcrübə üçün Hugging Face-də yayımlanıb.
Davamını oxuKhazri Azərbaycan dilində bilik tələb edən proseslərə uyğunlaşdırıla və təşkilatın öz məlumatları ilə inteqrasiya edilə bilər.
Azərbaycan dilində sorğuları anlayan, mürəkkəb qaydaları sadə dildə izah edən rəqəmsal köməkçilər.
Daxili sənədlər, prosedurlar və bazalar üzrə axtarış, xülasə və sual-cavab sistemləri.
Maliyyə, hüquq və əməliyyat sənədlərindən məlumat çıxarma, təsnifat və strukturlaşdırılmış xülasə.
Azərbaycan dilində izahlar, fərdiləşdirilmiş öyrənmə materialları və mədəni məzmun dəstəyi.
KHАZRI 2 PREVIEW
Khazri 2-nin preview konfiqurasiyası kontekst çıxarılması, hesab, mətn məsələləri və cavabdan imtina kimi seçilmiş tapşırıqlarda sınaqdan keçirilib.
| BenchmarkYüksək nəticə daha yaxşıdır ↗ | ♛ Ən yaxşı ümumi nəticəKhazri 2(preview) | GGemma 3270M · Google | QQwen 2.50.5B · Alibaba Cloud | PPythia160M · EleutherAI |
|---|---|---|---|---|
| Kontekst çıxarılması | 100%♛ | 100% | 89% | 22% |
| Qarışıq sürət / proksi | 62%♛ | 36% | 45% | 10% |
| Hesablama | 99%♛ | 0% | 14% | 0% |
| Mətn məsələləri | 99%♛ | 0% | 28% | 2% |
| Cavabdan imtina | 97.4%♛ | 18% | 46% | 1% |
Bu vizual Khazri komandası tərəfindən təqdim edilən daxili preview ölçmələrini göstərir. Nəticələr müstəqil sertifikasiya deyil, seçilmiş test konfiqurasiyasına aiddir və buraxılışa qədər dəyişə bilər.
QISA CAVABLAR
Model ailəsi, əlçatanlıq və inteqrasiya barədə əsas cavablar.
Khazri Azərbaycan dili və yerli kontekst üçün yaradılan böyük dil modeli ailəsidir. Məqsədi Azərbaycanda süni intellekt ekosistemini gücləndirmək və xarici infrastruktura asılılığı azaltmaqdır.
Khazri komandası layihəni Azərbaycanın ilk yerli böyük dil modeli ailəsi kimi təqdim edir. Khazri 1 ilk nəsildir; Khazri 2 və Khazri 2 Mini isə Hugging Face-də açıq yayımlanan yeni nəsil modellərdir.
Hazırkı flaqman 250 milyon parametrli Khazri 2-dir. Model müasir attention və aktivasiya üsullarından, həmçinin SYNAPSE arxitekturasından istifadə edir.
100 milyon parametrli Khazri 2 Mini daha az hesablama resursu, aşağı gecikmə və kompakt yerləşdirmə tələb edən tətbiqlər üçün hazırlanıb və Hugging Face-də açıq yayımlanıb.
Bəli. GPT-2 əsaslı Khazri 1 Hugging Face-də GPL-3.0 lisenziyası ilə yayımlanıb. Yeni Khazri 2 ailəsi ilə müqayisədə imkanları əhəmiyyətli dərəcədə məhduddur.
KHАZRI BLOQ
Model ailəsinin inkişafı, arxitektura yanaşması və Azərbaycan üçün AI infrastrukturu.
LLM-lərin mətni necə anladığını, növbəti sözü necə seçdiyini və biznesdə hansı sərhədlərlə istifadə edilməli olduğunu sadə dillə izah edən bələdçi.
Azərbaycan dilli süni intellektin vətəndaş xidmətləri, biznes, təhsil və mədəniyyət üçün yaratdığı imkanları, eləcə də keyfiyyət və məlumat problemlərini təhlil edirik.
Şəkilçilər, imla variantları, məhdud məlumat, dialektlər və qiymətləndirmə boşluğu Azərbaycan dilli LLM yaradılmasında niyə mühüm rol oynayır?
KHАZRI İLƏ İŞLƏYİN
Khazri 2 və ya Khazri 2 Mini inteqrasiyasını müzakirə etmək üçün komandamızla WhatsApp vasitəsilə əlaqə saxlayın.
Bizimlə əlaqə